Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın başa çatma vaxtı ilə bağlı proqnozunu bölüşüb. Onun fikrincə, hərbi əməliyyatlar ilin sonuna qədər tamamlanacaq.
Elchi.az xəbər verir ki, bu barədə respublika başçısı Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevlə özünün Teleqram kanalında dərc olunmuş müsahibəsində bildirib.
“İlin sonuna kimi xüsusi əməliyyat başa çatacaq. Avropa dövlətləri öz hərəkətlərinin yanlışlığını dərk edəcək, Qərb diz çökəcək və həmişəki kimi Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə qarşılıqlı fəaliyyət göstərməli olacaqlar. Başqa cür olmamalıdır və olmayacaq da”,-deyə Kadırov müsahibəsində bildirib.
Yeganə