Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, RLDP-nin Dövlət Dumasındakı fraksiyasının başçısı
Vladimir Jirinovski sentyabrın 27-də Milli Məclisdə spiker Oqtay Əsədovla görüşəcək. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib. O, rusiyalı siyasətçinin Bakıda keçirəcəyi başqa görüşlər barədə də danışıb: “Vladimir Jirinovski Fəxri Xiyabanda milli lider Heydər Əliyevin məzarını ziyarət edəcək, Şəhidlər Xiyabanında olacaq”. Bundan başqa RLDP sədri Moskva Dövlət Universitetinin Bakı filialında müəllim və tələbələrlə görüşəcək. V.Jirinovskinin Bakı şəhəri ilə tanışlığı da nəzərdə tutulub. A.Nəsirov RLDP sədrinin Bakıda digər görüşlər keçirəcəyini də istisna etməyib.
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər
Oktyabrın 19-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin...



















Son şərhlər