Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, RLDP-nin Dövlət Dumasındakı fraksiyasının başçısı
Vladimir Jirinovski sentyabrın 27-də Milli Məclisdə spiker Oqtay Əsədovla görüşəcək. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib. O, rusiyalı siyasətçinin Bakıda keçirəcəyi başqa görüşlər barədə də danışıb: “Vladimir Jirinovski Fəxri Xiyabanda milli lider Heydər Əliyevin məzarını ziyarət edəcək, Şəhidlər Xiyabanında olacaq”. Bundan başqa RLDP sədri Moskva Dövlət Universitetinin Bakı filialında müəllim və tələbələrlə görüşəcək. V.Jirinovskinin Bakı şəhəri ilə tanışlığı da nəzərdə tutulub. A.Nəsirov RLDP sədrinin Bakıda digər görüşlər keçirəcəyini də istisna etməyib.
Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...



















Son şərhlər