İtin hücumuna məruz qalan körpənin qolu və ayağı kəsildi

42

Belçikada 1,5 yaşlı körpə anasının itinin hücumu nəticəsində ağır yaralanıb, körpə qolunu və ayağını itirib.

Elchi.az xəbər verir ki, Belçika mətbuatında çıxan xəbərlərdə ölkənin qərbindəki Ledegem qəsəbəsində baş verən hadisədə anası və atası ayrı yaşayan körpənin anasının itinin hücumuna məruz qaldığı deyilir.

Xəbərdə adı açıqlanmayan körpənin atasının yanında qaldığı, anasının isə səhər saatlarında iti ilə uşağı görməyə getdiyi bildirilib.

Körpənin yaralarının ağır olduğu üçün aparıldığı xəstəxanada bir qolu və bir ayağının amputasiya edildiyi açıqlanıb.

Hadisə zamanı atanın da bir barmağı kəsilib.

Yeganə