İtaliyanın baş naziri Giorgia Meloni Ukraynaya mümkün döyüş təyyarələrinin göndərilməsinə münasibət bildirərək bildirib ki, hazırda bu məsələ gündəmdə deyil. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.
“Hücuma məruz qalan biri olduqda, bütün silahlar müdafiə xarakteri daşıyır, hazırda təyyarələrin tədarükü gündəmdə deyil” deyə İtaliya hökumətinin başçısı qeyd edib. O, belə qərarların beynəlxalq tərəfdaşlarla birgə qəbul edilməli olduğunu vurğulayıb. Meloninin sözlərinə görə, indi prioritet hava hücumundan müdafiə sistemlərinin təchizatıdır.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani Ukraynaya qırıcı təyyarələrin ötürülməsini demək olar ki, mümkünsüz adlandırmışdı. O əlavə edib ki, müttəfiqlərlə Kiyevə hansı təyyarələri ötürmək niyyətində olduqlarını başa düşmək üçün tədarükləri müzakirə etmək lazımdır, çünki pilot hazırlığı ilə bağlı problemlərə görə fərqli modellərin göndərilməsi mənasızdır.
Havar Şəfiyeva