Polşaya səfəri zamanı ABŞ Prezidenti Co Bayden Varşavada əhalinin qarşısında çıxış edib.
Elchi.az-ın xəbərinə görə, təxminən 20 dəqiqə çəkən çıxış əksər televiziyalarla canlı yayımlanıb.
Baydenin çıxışının əsas mövzusu Ukrayna münaqişəsi olub.
“Rusiyanın torpaq acgözlüyü onu məğlubiyyətə sürükləyir. Ukrayna qələbə qazanacaq… Son 1 ildə Vladimir Putinin qeyri-mümkün hesab etdiyi proseslər baş verdi. Dünyada demokratiya gücləndi, avtoritarizm zəiflədi. Rusiya qoşunları çıxılmaz vəziyyətdədir” – deyə Bayden bildirib.
Bayden ABŞ-ın Kiyevə dəstəyi azaltmayacağını vurğulayıb. ABŞ prezidenti yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyaların da tətbiq olunacağını elan edib.