İtaliyanın şimalındakı Piedmont bölgəsində baş verən təyyarə qəzasında iki nəfər həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Qəza çərşənbə günü yerli vaxtla saat 11:30 radələrində (Bakı vaxtı ilə 13:30-da) Verbano-Kuzio-Ossola əyalətinin Antrona-Skeranko kommunasında, Kampiççoli bəndinin yaxınlığında baş verib. Qəza zamanı 60 yaşlı kişi və 63 yaşlı qadın həyatını itirib.
Xilasedicilərin məlumatına görə, qəzaya uğrayan təyyarə avtogiroplan (giroplan) olub. Hadisə yerinə fövqəladə hallar xidməti və sanitariya aviasiyasının helikopteri cəlb edilib.
Qəzanın səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
Məryəm





















