İsraildəki vətəndaşlarını təxliyə etməyə başlayan İtaliya bu səhər təxminən 200 nəfərlik ilk qrupu Romaya gətirdi.
Elchi.az xəbər verir ki, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani səhər saatlarında “X” platformasındakı yazısında bildirib ki, İtaliyaya 200-ə yaxın İtaliya vətəndaşı iki hərbi təyyarə ilə gəlib.
Nazirliyin Böhran Departamentinin koordinasiyası ilə İtaliya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilən təxliyə uçuşlarında İsraildəki ilk İtaliya vətəndaşları qrupu Romadakı Practica di Mare aviabazasına gətirilib.
İtaliya mətbuatına məlumat verən Xarici İşlər Nazirliyi mənbələri İsraildən təxliyyə ediləcək vətəndaşlar üçün daha 2 uçuşun ediləcəyini və bu təyyarələrin günortadan sonra çatacağını bildirib.
Şayəstə Hüseynova