İsveçrə Yaxın Şərqdə baş verən hərbi hadisələr fonunda İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırır, lakin ABŞ və İran arasında əlaqə kanalını dəstəkləməyə davam edir.
Elchi.az xəbər verir ki, bu barədə konfederasiyanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bəyanatda deyilir:
“Təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Xarici İşlər Nazirliyi İsveçrənin İrandakı səfirliyini müvəqqəti bağlamaq qərarı qəbul edib.”
Nazirlik əlavə edib ki, səfir və səfirliyin beş əməkdaşı İslam Respublikasını quru yolu ilə tərk edib və hazırda ölkə hüdudlarından kənarda təhlükəsizlikdədirlər.
Diplomatların Təbrizə geri qayıdacağı təhlükəsizlik şəraiti imkan verdiyi zaman bildirilib.
Məryəm





















