İsveçrədə atışma - ölənlər var

🗓 10.05.2015 13:16 ✍️ "Elçi" qəzeti
İsveçrədə atışma - ölənlər var
downloadİsveçrənin şimalında yerləşən Arqau kantonunun ərazisində baş verən atışma zamanı bir neçə nəfər həlak olub.
RİA “Novosti”nin verdiyi xəbərə görə, insident ötən gecə baş verib. Sakinlər evlərdən birində atışma səsləri eşidib və əraziyə polis çağırılıb. “Bir neçə nəfər evin içində, bir neçəsi isə çöldə idi. Xilasedicilər bir neçə nəfərin ölüm faktını qeydə alıblar”, - deyə sakinlərin polisə verdiyi izahatında qeyd olunub. Ölənlər arasında uşaq yoxdur. İnsidentin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar