İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bohlin İsveçdə müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Dalarna bölgəsindəki Salen hərbi bazasında təşkil edilən Milli Xalq və Müdafiə Konfransındakı çıxışında Bohlin Rusiyanın ciddiyə alınması lazım olduğunu ifadə edərək, “ İsveçdə də müharibə ola bilər , xalqımız müharibəyə hazır olmalıdır”-deyib.
İsveçin 210 ildir müharibəyə getmədiyinə diqqət çəkən Bohlin:
“Rusiyanın Ukraynaya hücumu nəticəsində onsuz da pis olan Avropada təhlükəsizlik vəziyyəti son bir ildə daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. “Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm”.
İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.
Nuranə Məmmədova