ABŞ-ın maliyyə naziri Scott Bessent İsveçin paytaxtı Stokholmda Çinlə ticarət danışıqlarının üçüncü raundunun “çox konstruktiv” olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Bessent və ABŞ-ın Ticarət Nümayəndəsi Jamieson Greer Çin nümayəndə heyəti ilə iki günlük görüşlərinin yekunu üzrə mətbuat konfransı keçiriblər.
Bessent, ABŞ-ın digər ölkələrlə ticarət razılaşmalarını müzakirə etdiklərini və Çin rəsmilərinin ABŞ-ın Yaponiya və Avropa ilə əldə etdiyi razılaşmaların ölçüsü və şərtlərindən təəccübləndiyini qeyd etdi.
Bessent bildirib ki, Çinin qlobal həddən artıq istehsal gücü, sanksiyaya məruz qalmış İran neftini alması və Rusiyaya ikili məqsədli texnologiya satması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
“Lakin görüşlərin ümumi tonu çox konstruktiv olub”, – ABŞ Maliyyə Naziri Bessent bildirib.
Şayəstə Hüseynova


















