İsveçin Göteborq şəhərində tikilməkdə olan akvaparkda yanğın baş verib.
Elchi.az bu barədə “İHA”ya istinadən xəbər verir.
Tüstü səmanı bürüsə də, hadisə zamanı xəsarət alan olmayıb.
Alovun sürətlə yayılması səbəbindən parkın ətrafındakı otellər və ofislər boşaldılıb. Xilasetmə xidmətlərinin sözçüsü Klas Lüppert deyib: “Tikintidə çoxlu plastik material var. “Bu səbəbdən tüstüdən nəfəs almaq sağlam deyil. Bölgədə ictimai sağlamlıq xəbərdarlığı edilərkən, əhali qapalı ərazilərə girməyə və bütün pəncərə və qapıları bağlamağa çağırılıb.
Nuranə Məmmədova