İsveçin mülki müdafiə naziri Karl-Oskar Bulin vətəndaşları müharibəyə hazır olmağa çağırıb. Elchi.az xəbər verir ki, müvafiq bəyanat hökumətin saytında dərc olunub.
Konfrans zamanı bildirib ki, hər bir ölkə sakini dünyada baş verən hadisələrlə bağlı məlumatlandırılmalıdır. “İsveçdə müharibə ola bilər. Mən ilk növbədə sizin qorxunuza deyil, məlumatlılığınıza müraciət etmək istəyirəm. Mən bir qapı açmaq istəyirəm: Tez-tez bağlanan və gündəlik həyatın tələbləri və problemləri ilə qarışıq olan bir qapı. Bir çox isveçlinin ömrü boyu bağladığı bir qapı,” – deyə Bulin izah edib.
İdarə rəisinin bəyanatına İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden də qoşulub. O, “TV4” telekanalına müsahibəsində vəziyyətin ciddiləşdiyini deyib.
Havar Şəfiyeva