İsveç hakimiyyəti nüvə silahının sülh dövründə yerləşdirilməsini mümkün hesab edib

58

İsveçin baş naziri Ulf Kristerson illik milli konfransda sülh dövründə ölkədə nüvə silahının yerləşdirilməsinin mümkünlüyünü açıqlayıb.

Elchi.az News.am-a istinadən xəbər verir ki, Kristerson sözlərinə görə, İsveç NATO-nun sadiq üzvü olacaq, Norveç və Danimarkanın üzvlük məsələsinə toxunaraq alyansa qoşulmaq üçün heç bir formal şərt irəli sürməyəcək.

Onun fikrincə, NATO-nun potensial üzvü kimi İsveçin bir sıra üstünlükləri var. O, krallığın coğrafi mövqeyini, müdafiə qabiliyyətini, iqtisadiyyatının və hərbi sənaye kompleksinin inkişafını, sülh, təhlükəsizlik və beynəlmiləlçilik dəyərlərinə sadiq olmasını üstünlük hesab edir.

Yeganə