Pakistan bu ay dəniz yolu ilə Ukraynaya 159 konteyner silah göndərəcək.
Elchi.az xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti yazır.
Bildirilir ki, Pakistandan tədarüklərə 155 mm-lik haubitsa mərmiləri, M4A2 yanacaq doldurucuları, M82 artilleriya mərmiləri və PDM detonatorları daxildir. Yük daşıyan gəminin Karaçi limanını tərk edərək Polşanın Qdanskına gedəcəyi, oradan isə sursatların Ukraynaya çatdırılacağı güman edilir.
“The Economic Times”ın qeyd etdiyi kimi, bunun müqabilində İslamabad Ukraynadan əvvəllər Pakistana satılan Mi-17 döyüş helikopterlərinin modernləşdirilməsinə, eləcə də 320 T-80UD tankından ibarət donanmanın təmirinə kömək edəcəyini gözləyir.
Qəzet vurğulayır ki, iki ölkəni hərbi sahədə sıx əməkdaşlıq bağlayır. 1991-2020-ci illər arasında Kiyev və İslamabad 1,6 milyard dollarlıq silah tədarükü üçün müqavilə imzalayıb.
Yeganə