Tur bələdçiləri bildiriblər ki, Taylanddakı qiymətlər turistlər üçün əlçatan olub. Adi yay mövsümü ilə müqayisədə xərclərdə 30 faiz ucuzlaşma var. Elchi.az xəbər verir ki bu barədə Rusiya Turoperatorları Assosiasiyasının saytında məlumat verilib.
“İndi məktəb mövsümünə hazırlıq dövrüdür, müvafiq olaraq məktəb yaşlı uşaqları olan turistlər avqustun sonu və sentyabrın birinci yarısı üçün daha az uçuş sifariş edirlər. Qiymətləri avqustun və ya iyulun əvvəli ilə müqayisə etsək, növbəti turlar üçün daha sərfəlidir” – deyə “Anex” Kommunikasiya Departamentinin direktor müavini Alena Xitrova izah etdi.
Daha əvvəl “ATOR” Misir və BƏƏ-nin 2023-cü ildə tətil üçün ən ucuz qış çimərlik ölkələri olacağını açıqlanıb
Ekspertlərin fikrincə, Tayland ruslara Misir və Birləşmiş Ərəb Əmirliklərindən bir qədər baha başa gələcək, lakin onun qiymətləri yenə də digər istiqamətlərə nisbətən daha demokratik olaraq qalacaq.
Havar Şəfiyeva