"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

İstinin xeyrindən çox ziyanı var – ARAŞDIRMA

13 Avqust 2022 - 14:34
in MARAQLI
FacebookVatsap

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Alimlərin fikrincə, şiddətli istilər iqlim dəyişikliyinin əsas təsirlərindən biridir. Son illərdə dünyanın müəyyən bölgələrində müşahidə olunan rekord temperatur planetin sürətlə istiləşdiyini və temperaturun daha da yuxarı qalxacağını göstərir.

Həddindən artıq istilər bütün dünyada milyonlarla insanın həyatına və yaşayışına təhdid yaradır. Belə ki, dözülməz isti hava şəraiti insanları öldürür, infrastruktura ziyan vurur və ərzaq təhlükəsizliyini təhdid edir.

Elchi.az xəbər verir ki, həddindən artıq istilərin ağır yükünü inkişaf etməkdə olan ölkələr və aşağı gəlirli insanlar daşıyır. Artıq bir çox siyasətçilər, biznesmenlər qlobal istiləşmə barədə daha çox müzakirələr aparmağa başlayıblar. Hətta bu ilin noyabr ayında BMT iqlim böhranı barədə qlobal konfrans keçirməyi planlaşdırır.

Yerin orta temperaturu 1880-ci illərdən bəri 1°C-dən çox artıb. Buna insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyalarının artması səbəb olub. Dünyanın bəzi əraziləri, xüsusilə Arktikada temperatur sürətlə artır. Bu isə elm adamlarını həyəcan təbili çalmağa əsas verir.

Statistika göstərir ki, hazırda dünya əhalisinin beşdə birindən çoxu istiləşməyə məruz qalmış regionlarda yaşayır. Demək olar ki, bütün dövlətlər iqlim dəyişikliyindən zərər görə bilər. Araşdırmalara görə, 30-60 milyon insan tempraturun insan həyatına təhlükə yaratdığı ərazilərdə məskunlaşıb. Emissiyalar azaldılmasa, bu insanlar yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bundan əlavə, əsrin sonuna qədər ciddi tədbirlər görülməsə, yerin orta temperaturu 1880-ci illərlə müqayisədə 3°C-dən çox artacaq.

2050-ci ilə kimi dünyada insanların 70 faizindən çoxu şiddətli isti dalğaları ilə üzləşə bilər. Araşdırma əsasında deyə bilərik ki, həddindən artıq istilər insan sağlamlığına böyük təhlükə yaradır və nəticədə daha çox ölümə səbəb olur.

Birləşmiş Ştatlarda yüksək temperatur digər ağır hava hadisələrindən daha çox ölümə gətirib çıxarır. Şiddətli isti nəticəsində tər insan bədənindən buxarlana və bədən öz işini davam etdirə bilmir. Nəticədə insan bir neçə saat içərisində həyatını itirmiş olur.

Digər tərəfindən iqlim dəyişikliyi səbəbindən kritik həddə çatma ehtimalı da artıb. Aşağı gəlirli insanlar və inkişaf etməkdə olan ölkələr coğrafi mövqeyi, meşələrin qırılması və kondisioner, eləcə də soyutma sistemlərinin olmaması səbəbindən istiliklə bağlı xəstəliklərə və ölümlərə daha yaxındırlar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal dünyanın ən isti bölgələrində yaşayan 2,8 milyard insanın yalnız 8 faizinin kondisioneri var, digərləri isə dözülməz hava şəraitilə ölümcül mübarizə aparır.

İstilik insanları qeyri-bərabər şəkildə öldürür. Yaşlı və sosial təcrid olunmuş insanlar üçün ölüm nisbəti yüksəkdir. Uşaqlar, hamilə qadınlar, ürək xəstələri daha çox risklə üz-üzədir. Əsasən açıq havada çalışan işçilər istiliklə əlaqəli xəstəliklərə daha çox məruz qalırlar.

İsti hava şəraiti eyni zamanda elektrik şəbəkəsinə ciddi ziyan vurur. Kütləvi şəkildə kondisionerlərin istifadə olunması bəzən elektrik stansiyalarının tutumunu üstələyir, bu da elektrik şəbəkəsinin sıradan çıxmasına səbəb olur.

İqlim dəyişikliyinin səbəb olduğu əsas təhlükə ərzaq təhlükəsizliyi ilə əlaqəlidir. Ukraynadakı müharibəyə görə onsuz da ciddi risk altında olan taxıl bazarı yüksək temperatur nəticəsində daha böyük təhdidlə üzləşir. Həddindən artıq istilər bitki istehsalına, heyvandarlığa və balıqçılığa mane olur. Əsrin ortalarına qədər kənd təsərrüfatı dünyanın sürətlə artan əhalisini qidalandırmaq üçün təxminən 50 faiz daha çox ərzaq istehsal etməli olacaq.

Rəsmi məlumatlara əsasən, son bir neçə il ərzində istilik dalğaları və quraqlıq qlobal miqyasda məhsul bazarında təxminən 20-50 faiz itkiyə səbəb olub. Məlumat üçün onu da bildirək ki, 2018-ci ilin istiləri Mərkəzi və Şimali Avropadakı ərazilərdə kənd təsərrüfatı məhsuldarlığını yarıya qədər azaldıb. Bu isə qlobal təhlükədən xəbər verir.

Ən böyük təhlükə isə odur ki, qarşıdakı onilliklərdə iqlim dəyişikliyi müharibələrə səbəb olacaq. İnsanlar xüsusilə su mənbələri uğrunda mübarizəyə başlayacaq. Hökumətlər bununla əlaqəli tədbirlər görməli, emissiyaların azaldılması istiqamətində addımlar atmalıdır. Lakin burada insanların üzərinə də böyük məsuliyyət düşür. Belə ki, hər bir insan məsuliyyətini tam dərk edərək, dünyanı gözləyən faciəvi problemlərlə mübarizə yolu tapmalıdır, yoxsa çox gec olacaq…

Previous Post

İstinin xeyrindən çox ziyanı var – ARAŞDIRMA

Next Post

Rusiyanın Ukraynadakı uğursuzluğunun SƏBƏBLƏRİ

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post
Rusiyanın Ukraynadakı uğursuzluğunun SƏBƏBLƏRİ

Rusiyanın Ukraynadakı uğursuzluğunun SƏBƏBLƏRİ

Rusiyanın Ukraynadakı uğursuzluğunun SƏBƏBLƏRİ

Rusiyanın Ukraynadakı uğursuzluğunun SƏBƏBLƏRİ

Son xəbərlər

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

12 Noyabr 2026 - 21:37
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

12 Noyabr 2026 - 21:33
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25
Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

12 Noyabr 2026 - 20:42
Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

12 Noyabr 2026 - 20:40
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

12 Noyabr 2026 - 20:39
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

12 Noyabr 2026 - 20:35
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

12 Noyabr 2026 - 19:21
Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

12 Noyabr 2026 - 19:12
FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:53
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

12 Noyabr 2026 - 18:46
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:37
Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

12 Noyabr 2026 - 18:24
Ronaldu Anri ilə birlikdə serial çəkir

Ronaldu Anri ilə birlikdə serial çəkir

12 Noyabr 2026 - 18:11
Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

12 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.