"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

İsrailin Qarabağ məsələsində mövqeyi niyə çox önəmlidir?

07 Aprel 2016 - 09:01
in GÜNDƏM, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap
 İsrailin Qarabağ məsələsində mövqeyi niyə çox önəmlidir?

“Yəhudi lobbi təşkilatları dünyanın bir çox ölkələrində ictimai rəyə, siyasətçilərin qərarlarına təsir edə bilərlər”

Bunu da oxuyun

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

İsrail yenidən alovlanan Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalmağa çalışır. Bununla bağlı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Jerusalem Post” qəzetinə  müsahibəsində deyib ki, ölkəmiz İsrailin bu məsələ barədə öz mövqeyini bildirməsində maraqlıdır.
Jurnalistin “Siz hörmət və ehtiram bəslədiyiniz İsraildən nə gözləyirsiniz” sualının cavabında Əli Həsənov deyib: “Biz istərdik ki, İsrail burada baş verən hadisələrə münasibətini bildirsin. İsrail dünya birliyinin və ATƏT-in üzvü kimi Ermənistandan atəşi dayandırmasını, danışıqlara başlamasını və beynəlxalq hüquq normalarına hörmət etməsini tələb edə bilər”.
Əli Həsənov bildirib ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan öz tərəfdaşlarından gözləyir ki, onlar ölkəmizin işğal edilmiş ərazilərində qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş aqressiv hərbi provokasiya ilə bağlı son hadisələrə münasibət bildirsin.
Bəs İsrailə xüsusi önəm verilməsi nə ilə bağlıdır? İsrailin mövqeyi bu qədərmi əhəmiyyətlidir və hansı təsirləri ola bilər?
 
Siyasi ekspert Bəxtiyar Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan son günlərdə öz haqlı mövqeyinin dünyaya çatdırılması, Ermənistanın danışıqlar masasına oturması və konstruktiv mövqe göstərməsi üçün müxtəlif yollarla təzyiqlərə çalışır. Əli Həsənovun İsraildən Azərbaycanın strateji tərəfdaş kimi ortaya mövqe qoyması gözləntisi çox güman ki, İsrailin Ermənistana birbaşa təsir imkanlarına görə yox, İsrailin aparıcı Qərb dövlətlərində, xüsusilə ABŞ-da çox güclü lobbi təşkilatlarının olmasına görədir: “Heç kimə sirr deyil ki, ABŞ-da müxtəlif postlara, o cümlədən ABŞ prezidentliyinə namizədliyini irəli sürən siyasətçilər Amerikadakı AIPAC kimi yəhudi lobbi təşkilatlarının dəstəyini qazanmağa çalışırlar. Azərbaycan prezidenti İlham Əliyev də Vaşinqtona son səfərində AIPAC liderləri ilə görüşdü. Yəhudi lobbi təşkilatları dünyanın bir çox ölkələrində ictimai rəyə, siyasətçilərin qərarlarına təsir edə bilərlər. Bu baxımdan da Əli Həsənovun İsraildən Qarabağ münaqişəsi ilə bağlı mövqe gözləntisini birbaşa İsrailin Ermənistana təzyiqi kimi yox, İsrailin öz lobbi təşkilatları vasitəsilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, münaqişənin həlli istiqamətində addım atması xahişi kimi qəbul etmək lazımdır”.
 
Yeni AXCP-nin rəhbəri Razi Nurullayev isə bildirdi ki, Azərbaycan tərəfi özündə haqq görməsəydi, İsrailin bizi müdafiə etməsi gözləntisini dilə gətirməzdi. Əli Həsənov da bu gözləntidən çıxış edərək, İsraili Dağlıq Qarabağda baş verən son olaylara münasibət bildirməyə səsləyib: “Bu da özünü çox gözlətmədi. İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman artıq münasibət bildirib və Azərbaycanı açıq şəkildə dəstəkləyib. Azərbaycanla İran arasında son zamanlara kimi davam edən soyuq münasibətin qayəsində dayanan məsələlərdən biri də Azərbaycanın İsrail dövləti ilə yaxşı münasibətlər saxlaması və dostluq etməsi olub. Ölkəmiz İsraillə həm hərbi, həm də digər sahələrdə çoxmilyardlıq işlər görüb. Bu, kiçik vəsait deyil. Əlavə olaraq, Azərbaycan Fələstin məsələsində Türkiyə qədər İsrailin üzərinə getməyib. Ümumiyyətlə, Azərbaycan qədər İsraillə isti və dostluq münasibəti saxlayan ikinci müsəlman dövləti yoxdur. Hətta Azərbaycan Türkiyə-İsrail münaqişəsində İsraillə kiçik bir körpünü belə yandırmadı. Azərbaycanın İsrail dövlətinə qarşı yaxşı münasibəti presedentsiz bir haldır. Ona görə də Azərbaycan tərəfi İsrail dövlətinə ərklə nəsə deyə bilir”.
İsrailin sabiq xarici işlər naziri, İsrail – “Bizim evimiz” Partiyasının rəhbəri Aviqdor Libermanın açıqlamasında isə deyilir ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi regionun tarixinə, coğrafiyasına, demoqrafik faktlara əsaslanır. Azərbaycan beynəlxalq birlik tərəfindən qəbul edilmiş normalar çərçivəsində özünü çox məsuliyyətlə aparır.
O vurğulayıb ki, qoşunların təmas xəttində istənilən provokasiyalar beynəlxalq hüquqların pozulmasıdır. Ermənistanın olayın ciddiliyini tamamilə anlayacağını deyən Liberman İrəvanın özünü hüquq normaları çərçivəsində aparacağına ümid etdiyini bildirib: “Mən çox ümid edirəm ki, beynəlxalq cəmiyyət, ATƏT-in Minsk Qrupu indiki halda obyektiv olacaq, faktlara əsaslanacaq, birtərəfli mövqe ortaya qoymayacaq”.
Onun sözlərinə görə, beynəlxalq cəmiyyətin dəqiq mövqeyi münaqişənin həllində çox əhəmiyyətli rol oynaya bilər: “Son hadisələr göstərdi ki, münaqişənin uzanması real faktlardan, obyektiv mövqedən uzaqlaşmağa, problemin həllinə yardımçı olmur. Biz sözsüz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyinin sərgilədiyi ədalətli mövqeni təəssüf ki, başqaları göstərmir”.
Previous Post

İsrailin Qarabağ məsələsində mövqeyi niyə çox önəmlidir?

Next Post

Təbriz durur ayağa, “Biz gedirik Qarabağa!” – VİDEO

Bənzər yazılar

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Next Post

Təbriz durur ayağa, "Biz gedirik Qarabağa!" - VİDEO

Təbriz durur ayağa, "Biz gedirik Qarabağa!" - VİDEO

Son xəbərlər

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48
Rafinya “Qalatasaray”la oyunu buraxacaq

Rafinya “Qalatasaray”la oyunu buraxacaq

09 Oktyabr 2026 - 18:27
İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

İran Hörmüz boğazında gəmiyə zərbə endirildiyini bildirib

09 Oktyabr 2026 - 18:22
Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17
Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

Özbəkistan və Böyük Britaniya iqtisadi əməkdaşlığı genişləndirəcək

09 Oktyabr 2026 - 18:09
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.