İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 26 min 900-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi açıqlamada İsrailin 117 gündür Qəzza zolağına etdiyi hücumlarla bağlı məlumat verib.
İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 150 fələstinlini öldürdüyünü, 313 fələstinlini isə yaraladığını bildirən Kudra, 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 26 min 900, yaralı sayının isə 65 min 949-a yüksəldiyini qeyd edib.
Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.
Şayəstə Hüseynova