“Fələstin xalqı yoxdur və Fələstin dövləti ideyası İsraili qurmaq üçün sionist hərəkatına cavab olaraq hazırlanıb”.
Elchi.az “CNN”-ə istinadən xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri Betzalel Smotriç Parisdə çıxışı zamanı bildirib.
“İlk Fələstin kralı kim olub? Fələstinlilər hansı dildə danışırlar? Fələstin tarixi və ya mədəniyyəti varmı? Yox. Fələstin xalqı deyə bir şey yoxdur”, – deyə siyasətçi qeyd edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi Smotriçin sözlərini pisləyib. O, bəyan edib ki, bu cür bəyanatlar İsrail və Fələstin arasında münasibətlərin nizamlanmasını çətinləşdirir və iki ölkə arasında münaqişələrin mümkün həlli yollarının axtarışına mane olur.
Yeganə