İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı verdiyi müvəqqəti qadağan qərarına reaksiya verib. Netanyahu, “Məhkəmənin İsrailə qarşı soyqırım iddialarını müzakirə etmək istəyi nəsillər boyu silinməyəcək bir ayıbdır”-deyib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin soyqırım iddiasına baxılması ilə bağlı qərarına sərt reaksiya verib.
Netanyahu, “Mütləq qələbə qazanana qədər bu müharibəni davam etdirəcəyik. Bütün girovlar qaytarılana və Qəzzadan İsrailə qarşı təhlükə bitənə qədər müharibəni davam etdirəcəyik” -deyə bildirib.
Nuranə Məmmədova