İsrail Yəmənin Səna hava limanını növbəti dəfə bombalayıb

İsrail döyüş təyyarələri Yəmənin paytaxtı Səna hava limanını növbəti dəfə vurub.
Elchi.az xəbər verir ki, Müdafiə naziri Yisrael Katz verdiyi yazılı açıqlamada İsrail döyüş təyyarələrinin Səna hava limanına hava hücumu təşkil etdiyini bildirib.
Katz hücumda Səna hava limanında "İran tərəfindən dəstəklənən husilərin istifadə etdiyi son təyyarənin məhv edildiyini" iddia edib.
Açıqlamada Katz Yəməndəki limanların hədəfə alınmağa davam edəcəyi ilə hədələyib.
İsrail döyüş təyyarələri mayın 7-də Səna hava limanı da daxil olmaqla, Yəmənin bir çox nöqtəsinə hava zərbələri endirib.
Sərnişin təyyarələrini hədəf alan hücumlardan sonra böyük ziyan görən Səna hava limanında uçuşlar mayın 17-dək dayandırılıb.
Şayəstə Hüseynova