İsrail UNRWA-nın bağlanması üçün BMT-yə müraciət edir

🗓 01.04.2024 14:48 ✍️ "Elçi" qəzeti
İsrail UNRWA-nın bağlanması üçün BMT-yə müraciət edir

İsrail Birləşmiş Millətlər Təşkilatına (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması üçün müraciət edib. Elchi.az xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin BMT rəsmilərinə əsaslanaraq hazırladığı xüsusi xəbərə görə, İsrail müraciəti ötən həftə edib. UNRWA-nın bağlanmasını və işçilərinin geniş miqyasda qida paylaması həyata keçirəcək müxtəlif BMT təşkilatlarına təyin edilməsini istəyən İsrailin müraciəti Baş Qərargah rəisi Herzi Halevi tərəfindən edilib. Qəzzaya göndəriləcək yardımla bağlı UNRWA ilə işləmək istəmədiyini bildirən İsrail, bölgəyə daha çox yardımın daxil olmamasında BMT-nin Qəzzadakı imkanlarını günahlandırdı. İsrail öz ərizəsində UNRWA-nın 300-400 əməkdaşının BMT-nin Ümumdünya Ərzaq Proqramı kimi qurumlarına və ya yeni yaradılmış quruma köçürülməsini də istəyib. Şayəstə Hüseynova

Bənzər yazılar