İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərində gecə reydləri həyata keçirib.
Elchi.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail hərbçilərinin basqın etdiyi ünvanlar arasında Nablus, Hebron, Ramallah və Beytullah şəhərləri də var.
İsrail əsgərləri Nablusun Beyta qəsəbəsində bir çox evə basqın edib.
Ramallahın şimalındakı Sencel qəsəbəsi və Tulkərim şəhərlərində çoxlu sayda fələstinlinin evlərinə edilən basqında çoxlu adam nəzarətə alınıb.
İsrail qüvvələri də Qalqilya qəsəbələrinə basqınlar zamanı fələstinlilərin evlərinə səs-küylü qumbaralar atıb və bir çox divarlara irqçi ifadələr və rəsmlər yazıblar.
İsrail qüvvələri hər gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrində reydlər keçirir. Bu basqınlar zamanı çoxlu fələstinli saxlanılır və fələstinlilərin evləri dağıdılır. Fələstinlilərin cavab verməsindən sonra başlayan qarşıdurmalarda çoxlu sayda insan ölüb və yaralanıb.
İndiyədək İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 387 fələstinli həlak olub.
Fələstin Əsirlər Dərnəyinin məlumatına görə, İsrail qüvvələrinin oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə həyata keçirdiyi basqınlarda indiyədək 6 min 920 fələstinli saxlanılıb.
Şayəstə Hüseynova





















Son şərhlər