İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərində 8 fələstinlini yaralayıb.
Elchi.az xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, İsrail əsgərləri Tubas şəhərinə basqın edərək fələstinlilərə məxsus evi mühasirəyə alıb.
Sözügedən evdə yaşayan bir fələstinlini nəzarətə alan İsrail qüvvələri basqına reaksiya verən fələstinlilərə də hücum edib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamaya görə, İsrail qüvvələrinin Tubas şəhərinə təşkil etdiyi hücumlarda 5-i real güllə, 2-si qəlpə ilə vurulan cəmi 8 fələstinli yaralanıb.
Şayəstə Hüseynova