İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında davam edən hücumları nəticəsində hər saat təxminən 4 uşaq ölür.
Elchi.az xəbər verir ki, Fələstin administrasiyasına bağlı Fələstin Mərkəzi Statistika Bürosu “5 Aprel Fələstinli Uşaqları Müdafiə Günü” öncəsi Qəzzada uşaqların vəziyyəti ilə bağlı hesabat dərc edib.
Hesabata görə, İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağında 14 min 350 uşaq həyatını itirib.
İsrailin Qəzzaya qarşı hücumlarında həlak olanların 44 faizi uşaqlardır. Bu o deməkdir ki, İsrail oktyabrın 7-dən bu yana Qəzza zolağında hər saatda təxminən 4 uşağı öldürüb.
Şayəstə Hüseynova