İsrail Qəzzada daha 2 jurnalisti öldürüb

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha iki jurnalist həyatını itirib. Elchi.az xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib. “Qüdsün səsi” radiosunun aparıcısı və redaktoru Məhəmməd əs-Seyyid Əbu Sahil və rəqəmsal məzmun redaktoru Tariq əs-Seyyid Əbu Sahil İsrail ordusunun Qəzza şəhərindəki Şifa xəstəxanasına basqınında həyatını itirib. 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 140-a yüksəlib. Media Ofisindən verilən əvvəlki açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi. Şayəstə Hüseynova