İsrail ordusu şimal sərhədində “hazırlığı artırmaq” üçün təxminən 13 min əsgərin iştirakı ilə gözlənilməz hərbi təlimə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə ordu Twitter hesabından verdiyi açıqlamada “İsti qış” adlı təlimin dekabrın 13-nə qədər davam edəcəyini bildirib.
Texnologiya və Logistika Birliyinin sədrliyi ilə sürpriz olaraq başladığı ifadə edilən manevrdə 8 min nizami və 5 min ehtiyatda 13 min əsgər iştirak edir.
Açıqlamada, sözügedən təlimin şimal bölgəsində gözlənilməz hadisələr və müxtəlif ssenarilər qarşısında İsrail ordusunda döyüş birlikləri və logistika sisteminin hazırlığını artırmaq məqsədi daşıdığı bildirilib.
İsrailin “Maariv” qəzetinin xəbərinə görə, sözügedən təlim “İranın mülki uçuşlar zamanı Beyrut hava limanına qaçaqmalçılıq yolu ilə silah keçirməyə çalışdığına dair bəzi xəbərlərin ardınca şimal sərhədində son günlər artan gərginliyin kölgəsində” həyata keçirilir.
Şayəstə