Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman bildirib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi neft hasil edən ölkələrdən ibarət OPEC+ qrupu iqtisadi baxımdan hərəkət edir və siyasətə qarışmır.
Elchi.az xəbər verir ki, bu barədə Nazir Bin Salman Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən iqtisadi forumda neft bazarını və OPEC+ qrupunun qərarlarını dəyərləndirib.
OPEC+ qrupunun mərkəzi bankların pul bazarını tənzimlədiyi kimi neft bazarını da tənzimləməyə çalışdığını bildirən Bin Selman, onları maraqlandıran məsələnin “bazarlardakı dalğalanmaları məhdudlaşdırmaq” olduğunu bildirib.
Bin Selman qeyd edib ki, neft bazarına ən yaxşı xidmət “ən az dəyişkənliyə və ən sabitliyə” əsaslanan gələcəyə baxışın olmasıdır.
“OPEC+ iqtisadi nöqteyi-nəzərdən hərəkət edir. Bizi siyasət və ya ittifaqlar maraqlandırmır. Bizim gələcək üçün belə bir hədəfimiz yoxdur”. Bin Selman bildirib ki, bunun ən yaxşı nümunəsi “noyabr ayı etibarilə gündəlik neft hasilatının 2 milyon barel azaldılması” qərarıdır.
Qrupun geosiyasi çətinlikləri, epidemiyaları və təzyiqləri aşdığını ifadə edən Bin Selman, prioritetlərinin bazarı qorumaq olduğuna diqqət çəkib.
Şayəstə