İsrail ordusunun Yəmənin qərbindəki Əl-Hudeydə limanına hava hücumu təşkil etdiyi bildirilir.
Elchi.az xəbər verir ki, ordudan verilən yazılı açıqlamada İsrail ordusunun Yəmənə hava hücumu təşkil etdiyi təsdiqlənib.
Hava hücumu Yəmənin qərbindəki Əl-Hudeyda limanında İranın dəstəklədiyi qruplaşmaya məxsus “husi mövqeləri”ni hədəf alıb.
Hücumların husilərin İsraili hədəf alan raket və pilotsuz təyyarə zərbələrinə cavab olaraq həyata keçirildiyi bildirilir.
Bu arada İsrailin müdafiə naziri Yisrael Katz Yəmənə yazılı təhdid edib.
Husilərin İsrailə raket hücumları üçün “ağır bədəl ödəyəcəklərini” iddia edən Katz, “Yəmənin taleyi Tehranın taleyi kimi olacaq” dedi.
Husilər Əl-Hudeydə limanına hücumları ilə bağlı hələlik açıqlama verməyiblər.
Şayəstə Hüseynova


















