“Rusiya və Ukrayna nümayəndə heyətləri bu həftə İstanbulda görüşə bilər”.
Elchi.az xəbər verir ki, bu barədə “The İndepent” məlumat yayıb.
“Danışıqlar çərşənbə və ya cümə axşamı baş tuta bilər”, – məlumatda deyilir.
Bundan əvvəl Rusiyanın danışıqlar qrupu təsdiqləmişdi ki, Ukrayna bu həftə Rusiyaya danışıqların yeni mərhələsini keçirməyi təklif edib.
2025-ci ildə Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar mayın 16-da və iyunun 2-də İstanbulda baş tutub.
Yeganə


















