İsrail hərbçiləri Qəzza zolağının cənubunda, Rəfah şəhəri yaxınlığında tuneldən çıxan beş silahlı döyüşçünü zərərsizləşdirib.
Elchi.az -ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Hərbçilər Rəfahın şərqində fəaliyyətlərini davam etdirirlər. Bu ərazidə beş silahlı terrorçu aşkar edilərək zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.
Ehtimal olunur ki, terrorçular Rəfahın şərqindəki yeraltı obyektlərdən çıxıblar.
“Əsgərlər atəşkəs razılaşmasına uyğun olaraq mövqelərdə qalır və hər hansı birbaşa təhlükəni aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirirlər”, – deyə məlumatda vurğulanıb.





















