Qəzza zolağını və Livanın cənubunu işğal etməyə davam edən İsrail ordusunun ehtiyat bölmə tutumunun ciddi şəkildə zədələndiyi və faktiki olaraq çökmək üzrə olduğu bildirilib.
Elchi.az xəbər verir ki, İsrail Ordusu Radiosuna danışan ehtiyat əsgərlər və Livanın cənubundakı hücumlarda iştirak edən komandirlər İsrail ordusunun briqada və batalyonlarının tükəndiyini və elan edilən əsgər sayının yerindəki reallığı əks etdirmədiyini vurğulayıblar.
Hesabatda bildirilir ki, Livanın cənubundakı İsrail əsgərlərinin və komandirlərinin ordunun hazırkı vəziyyəti ilə bağlı ifadələri siyasi və hərbi qərar qəbul edənlərin təsvir etdiyi mənzərədən çox uzaqdır.
Hesabatda qeyd olunur ki, Livanın cənubundakı bir çox İsrail tankı tamamilə məhv edilib və ya zədələnib və kifayət qədər zirehli texnikanın olmaması səbəbindən xidmətə çağırılan əsgərlərin sayı az saxlanılır.
Şayəstə





















