İsraildə yerləşən Jerusalem Post qəzeti, HƏMAS-ın Qəzzada İsrail əsgərlərinin geri çəkildiyi bölgələrə qayıtdığını yazıb.
Elchi.az xəbər verir ki, İsrail qəzeti bu inkişafı “Həmas İsrail ordusu müəyyən bölgələrdən çəkildikdən sonra ilkin döyüş bölgələrinə qayıdır” başlığı ilə açıqlayıb.
Xəbərdə “Həmas son həftələrdə şəxsi heyətini yenidən təşkil etməyi bacarıb və İsrail Silahlı Qüvvələrinin Qəzzadan çəkildiyi bölgələrdə öz adından ictimai xidmət işçilərinə qismən maaş verməyə başlayıb” ifadəsi yer alıb.
Nuranə Məmmədova