Elchi.az xəbər verir ki, İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumunda 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, bu barədə Livandakı Mülki Müdafiə Təşkilatının mənbələri İsrail döyüş təyyarələri ölkənin cənubundakı Əl-Həbbariyyə qəsəbəsində Camaat əl-İslamiyə bağlı Livan Təcili Yardım Dərnəyi Mərkəzinə hava hücumu həyata keçirib.
Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, hücumda təcili yardım qrupundan 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Şayəstə Hüseynova