Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan münaqişə 10-cu günündə də davam edir. Hər iki tərəfdən çoxlu mülki itki var.
Elchi.az xəbər verir ki, İsrail blokadada saxladığı Qəzzanı bombalayarkən, Bayden İsrailin Qəzzanı işğal etməsinin böyük səhv olacağını bildirib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də İsrailə hücumu ilə başlayan qarşıdurmalar müharibənin 10-cu günündə də davam edir. Hər iki tərəfdən çoxlu mülki itki olsa da, beynəlxalq təşkilatlar bölgədə mülki əhalinin hədəf alınmasının müharibə cinayəti olduğunu bəyan edib. Qəzzanı mühasirəyə alan İsrail günlərdir bölgəyə işıq və su vermir, İsrail ordusu isə gecə boyu Qəzza zolağının müxtəlif bölgələrini hava hücumları ilə bombalamağa davam edir.
Şayəstə Hüseynova