İsrail Birləşmiş Millətlər Təşkilatında (BMT) Təl-Əvivin işğalı və pozuntularına qarşı təşəbbüs irəli sürən Fələstinə qarşı beş maddəlik sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Elchi.az xarici mediaya istinadən bildirir ki, İsrail hökumətindən verilən yazılı açıqlamada Milli Təhlükəsizlik Nazirlər Komitəsinin Fələstinlə bağlı Təhlükəsizlik Kabineti sanksiya qərarı ilə bağlı məlumat verib.
Açıqlamada, Təhlükəsizlik Kabinetinin dünən Fələstin administrasiyasının İsrail dövlətinə qarşı siyasi və hüquqi müharibə aparmaq qərarına cavab vermək üçün toplandığı bildirilib. Hökumətin bu müharibə qarşısında əliboş durmayacağı və lazımi reaksiyanı verəcəyi, Fələstin rəhbərliyinə qarşı atılacaq bir sıra addımların təsdiqləndiyi bildirilib.
Yeganə