İsrailin dövlət televiziyası “KAN” İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı üçün hazırlıqlarını tamamladığını açıqlayıb.
Elchi.az xəbər verir ki, KAN-ın hesabatında Qəzza sərhəd bölgəsində İsrail ordusu ilə fələstinli qruplar arasında 3 gündür qarşıdurma olmadığı bildirilib.
Xəbərdə, “Qüvvələrin hərəkəti və mövqeləri də daxil olmaqla bütün inkişaflar göstərir ki, İsrail ordusu Qəzza zolağına daxil olmaq üçün hazırlıqlarını tamamlayıb”.
Qəzzada həyata keçiriləcək quru əməliyyatının “yəhudi məskənlərinin silahlı fələstinlilərdən təmizlənməsindən sonra” müharibənin ikinci mərhələsi olduğu vurğulanıb.
Nuranə Məmmədova