İsrail Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki Kfar Susa bölgəsinə hava zərbələri endirib. Elchi.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.
Agentliyin müxbiri xəbər verir ki, zərbə yaşayış binasına dəyib. İlkin məlumata görə, ölənlər var.
Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyinin rəhbəri Feysal Miqdad İsrailə qarşı yeni müharibələrə hazır olduğunu açıqlamışdı. O, ölkənin bir hissəsinin İsrail, ABŞ və Türkiyə hərbçiləri tərəfindən işğalının qanunsuz olduğunu xatırladaraq, Dəməşqin torpaqlarını azad etməyə hazır olduğunu vurğulayıb.
Havar Şəfiyeva