Çin Xarici İşlər Nazirliyi (XİN) Ukrayna məsələsinin G20 iclasının gündəliyinə daxil edilməsinə cavab verib və forumun iqtisadi funksiyasını vurğulayıb. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“G20 konsensusu ondan ibarətdir ki, bu assosiasiya geosiyasi və təhlükəsizlik məsələlərinin həlli platforması deyil, beynəlxalq iqtisadi əməkdaşlıq üçün ən böyük forumdur”, – Çin Xarici İşlər Nazirliyinin nümayəndələri qeyd ediblər.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün fevralın 21-də Braziliyaya səfər edib. Bundan əvvəl o, Kuba və Venesuelaya səfər edib.
Havar Şəfiyeva