İsrail hakimiyyəti 114 fələstinli məhbusu azad edib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Fələstin İnformasiya Mərkəzi məlumat verib.
İsrailin HƏMAS qrupu ilə atəşkəslə bağlı mümkün yeni razılaşmanın əsas müddəaları ilə razılaşdığı bildirilib. Xüsusilə, ölkə hakimiyyəti hər girov müqabilində yüzlərlə fələstinlini həbsxanalardan azad etməyə razılaşıb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi mümkün razılaşma ilə bağlı məlumatları təkzib etməyib.
Yeganə