İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinli yeniyetməni yaralayıb.
Elchi.az xəbər verir ki, İsrail əsgərlərinin bir fələstinli gənci boyun nahiyəsindən canlı güllələrlə yaraladığı və onun xəstəxanaya aparıldığı açıqlanıb.
Digər tərəfdən Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə İsrail qüvvələrinin Hebron şəhərinin Beyt Ömər qəsəbəsinə basqın etdiyi, vəziyyətə reaksiya verən fələstinlilərlə əsgərlər arasında qarşıdurma yaşandığı bildirilib.
İsrail əsgərlərinin fələstinlilərə və onların evlərinə qaz bombası atdığı, bir çox fələstinlinin isə qazdan mənfi təsirləndiyi paylaşılıb.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.
Şayəstə Hüseynova