Livan parlamentinin sədri Nəbih Berri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsinə məhəl qoymayaraq İsrailin sərhəd pozuntularının dayandırılmasını istəyib.
Elchi.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, Berri ABŞ prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hochstein və ABŞ-ın Beyrutdakı səfiri Dorah Şianı paytaxt Beyrutdakı ofisində qəbul edib.
Görüş zamanı Berri və Hokşteyn 2022-ci il oktyabrın 31-dən bəri seçilməyən prezidenti, Livanın ərazi sularında qaz yatağında aparılan qazma işlərini və ölkənin ümumi vəziyyətini müzakirə ediblər.
Berri ABŞ nümayəndə heyəti ilə görüşündə İsraili BMT Təhlükəsizlik Şurasının Livanın cənub sərhədlərinin qorunmasını təmin edən 1701 saylı qətnaməsini pozmağı dayandırmağa çağırıb və Livanın bütün torpaqları üzərində suverenliyini təmin etməkdə qərarlı olduğunu qeyd edib.Hokşteyn Berri ilə çox konstruktiv görüş keçirdiklərini bildirib.
Baydenin müşaviri Hochstein təmaslarını bu gün gəldiyi Beyrutda da, sabah da davam etdirəcək.
Hokşteyn Beyruta 2023-cü ilin aprelindən bəri BMT-nin Livan Müvəqqəti Sülhməramlı Qüvvələrinin nəzarətində olan “Mavi xətt” sərhədi ilə bağlı Livan və İsrail arasında yaranmış gərginliyi müzakirə etmək üçün gəldiyi bildirilir.
Şayəstə Hüseynova