İspaniyada son 61 ilin ən isti oktyabr ayı olub

64

İspaniya quraqlıq problemi ilə mübarizə aparır. Ölkədə son 61 ilin ən isti oktyabr ayı qeydə alınıb.

Elchi.az xəbər verir ki, bu barədə İspaniya Dövlət Meteorologiya Təşkilatının (AEMET) verdiyi açıqlamada ölkədə 1961-ci ildən bəri ən isti oktyabr ayının statistikasının əldə edildiyi açıqlanıb.

Oktyabr ayında Mərakeş sərhədindəki Melillada temperaturun 37 dərəcəyə, ölkənin şimalındakı Bilbaoda isə 23 dərəcəyə çatdığını bildirən AEMET, fövqəladə artımların müşahidə edildiyini vurğuladı.
İspaniyada hava istiliyinin son 6,5 ayda normadan yüksək olduğunu qeyd edən AEMET rəsmiləri, ən aşağı hava temperaturunun normadan 5 ilə 10 dərəcə yuxarı olduğunu açıqlayıb.

Bəzi şəhərlərdə su çatışmazlığı yaranıb

Xüsusilə ölkənin cənubundakı Melilla, Cordoba, Sevilla və Cadiz şəhərləri ilə şərqdəki Balear adalarında 25-27 oktyabr tarixləri arasında rekord temperaturun qeydə alındığı paylaşılıb.
Mövcud vəziyyətdə bənd və gölməçələrin ortalama doluluq nisbətinin yüzdə 31 olduğu İspaniyada Sevilla və Tarragona kimi bəzi şəhərlərdə su kəsilməsi edilir, quraqlığın isə ən çox əkinçilik və heyvandarlıq sektorlarını vurduğu ifadə edilir.
İspaniyanın Baş naziri Pedro Sançez 7-8 Noyabrda Misirdə keçiriləcək İqlim Sammitində (COP-27) “Quraqlığa Dayanıqlılıq üzrə Beynəlxalq Alyans” təşəbbüsünü təqdim edəcəklərini, Keniya və Seneqalın da orada olacağını açıqlayıb.

Şayəstə