"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

İşıqları söndürün, məclisə sintetik düyüdən aş gəlir

29 Fevral 2016 - 09:50
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

İşıqları söndürün, məclisə sintetik düyüdən aş gəlir

Mən axırıncı dəfə Amerikada olanda Cənubi Karolina ştatının paytaxtı Kolombia şəhərindən bir az kənarda yerləşən alış-veriş mərkəzinə getmişdik. Orda mağazaların birində 11-12 yaşlı oğlan uşağı üçün çox gözəl bir idman ayaqqabısı gördüm. Gözəl görünüşlü, ağ-qara rəngli bir şey idi. Əvvəlki qiyməti 55 dollar olmuşdu, amma ikiqat endirim eləmişdilər. Ayaqqabı o qədər xoşuma gəldi ki, onu aldım, fikirləşdim ki, bir ölçü böyük olsa da, eybi yoxdur, oğlum gələn il geyər. 
Vətənə qayıdıb evə çatdıqda ilk işim gözəl görünüşlü idman ayaqqabısını pələng öldürmüş cəngavər ədasıyla hədiyyə sahibinə çatdırmaq oldu. Ayaqqabıdan hamının xoşu gəldi, bəh-bəh dedilər, amma adətləri üzrə məmulatın altına, üstünə, dabanına, içinə baxaraq mənə belə bir xəbər verdilər: “Bay, bu kitayskidir ki”.
Özümü o yerə qoymasam da pərt oldum. Üç təyyarə dəyişərək on min kilometr uç, Atlantik okeanının üstündən süz, o boyda Amerikaya keç, ordan Çin malı seç, al gətir. Olacaq şeydirmi?
Uşaqlara dedim ki, bu, bildiyimiz Çin mallarından deyil, bu, daha keyfiyyətlidir, bunu xüsusi olaraq ABŞ üçün buraxırlar. Dedim, baxın, ayaqqabının altında “only for USA” da yazılıb, yəni yalnız ABŞ üçün. 
Nə qədər təskinlik üçün deyilsə də, burada həqiqət  də vardı. Məsələ ondadır ki, gerçəkdən də ABŞ-ın bir çox şirkətləri öz müəssisələrini aparıb Çində quraşdırıblar – orda işçi qüvvəsi ucuzdur deyə. Amerika fəhləsinə ayda 2 min dollar (minimum) verməkdənsə, çinli fəhlələrin onuna 2 min verirlər. Üstəlik, Çində xammal da ucuzdur, ona görə də sahibkarlar bu müəssisələrdə istehsal olunan məmulatlardan çox qazanırlar. Məsələn, 10-15 dollara başa gəlmiş idman ayaqqabısını aparıb öz ölkələrində 55 dollara satırlar. Bir xeylisi satılandan sonra endirim edirlər, Azərbaycandan gələn jurnalist də “Amerika malı” hesab edərək sevinə-sevinə 27 dollar verib alır.
İnsaf naminə deyim ki, həmin idman ayaqqabısı çox keyfiyyətli çıxdı, yaquarım onu mindi-çapdı, cırılmadı, axırda ayağına kiçik oldu, çəkələyə döndərdi. Yəni bu “only for USA” olan Çin malı “Sədərək”dən, “Binə”dən, şəhərdəki digər adına “moll” deyilən mağazalardan alınan Çin mallarından deyildi, daha keyfiyyətliydi. Bununla belə, həmin alış-veriş mənim ailədaxili reputasiyama öz zərərini vurub, özümü hələ də “Amerikadan kitayski krossovka alıb gətirən” adam hesab edirəm. Məsələnin, türkün sözü, tühaf tərəfi, Çin malı almaqda deyil, o malı Amerikadan almaqdadır.
İki ay əvvəl Brüsseldə olanda isə ağıllı tərpəndim, son anda Çin malı almaqdan vaz keçdim. Köhnə təcrübəyə dayanaraq almaq istədiyim köynəyin ora-burasına baxdım və “MADE İN CHİNA” kəlmələrini oxuyandan sonra dedim, yox, indi də “Belçikadan kitayski köynək alan” epitetinə tablaşa bilmərəm.
 
Dünən internet resurslarında, sosial şəbəkələrdə Çində sintetik düyü istehsal edən zavodun sexlərindən hazırlanmış videonu görəndən sonra artıq anlamışam ki, bizə, bəşər əhlinə qurtuluş yoxdur. Dünyanın harasına gedirsən, get, orda Çin malı var. Hətta quşqulanıram ki, Marsa göndərilən cihazın da müəyyən komponenti Çində düzəldilib. Bu saat dünyanı Çin geyindirir, Çin yedirdir. 
O düyü istehsalından bəhs edən video isə yeni xanədəndir. İndən belə toyda, yasda masaya plov qoyulanda, onun sintetik düyüdən olub-olmamasını necə dəqiqləşdirəcəyimi bilmirəm. Toydan fərqli olaraq yas yerində alternativ qidalar çox az olur (pendir, göy, halva, vəssalam), aş yeməyə məcbursan.
Bəs adətən axşam saat 10-da tamadaların “məclisin şahı aş gəlir” deyə işıqları söndürdərək, əvvəli həzin, sonu ritmik musiqinin sədaları altında, yeddi-səkkiz dəliqanlının, rəqqas və rəqqasələrin müşayiəti ilə toya aş gətirilməsi ritualı necə olacaq? Bir nimçə sintetik düyüdən bişiriilmiş xörək üçün o qədər əziyyət çəkməyə, Roma Papasının taxta çıxarılmasına oxşayan ayin icra etməyə dəyərmi?
Uzun sözün kəsəsi, bəşər əhli oturub düşünməlidir: necə eləsin ki, canını Çin geyimindən olmasa da, ən azı Çin qidasından qurtarsın. Belə getsə, Çin milyard yarımlıq acını doyurmaq üçün yerdə qalan beş milyard insanı qıracaq. 
Previous Post

İşıqları söndürün, məclisə sintetik düyüdən aş gəlir

Next Post

Bakıda 25 kilometrlik Bulvar olacaq

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Bakıda 25 kilometrlik Bulvar olacaq

Ombudsman: "Təmas xəttindəki hərbçilərə ikinci məzuniyyət müəyyən edilməlidir"

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.