13:37
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatının 166-cı günündə İŞİD-ə aid 259 hədəfə havadan və qurudan zərbələr endirib.
Terrorçuların sığınacaq və müdafiə istehkamları da daxil olmaqla 220 mövqeyi “Fırtına” topları, raketlər və tank atışları ilə məhv edilib.
Qırıcılar isə Əl Bab və Bzagahda 39 hədəfi vurub.
Aviazərbələr nəticəsində 32 bina, 3 qərargah dairəsi, silah-sursat anbarı, iki bomba yüklü avtomobil və bir tunel girişi məhv edilib.
Bundan əlavə, 3 min 680 kustar üsulla hazırlanmış partlayıcı və 57 mina zərərləşdirilib.
***
Suriyada aparılan “Fərat qalxanı” əməliyyatı çərçivəsində öldürülən 33 terrorçudan biri də İŞİD terror qruplaşmasının Əl Bab üzrə valisi sayılan Əbu Xalid İordaniyalı olub.
Axar.az xəbər verir ki, Xalidin öldürülməsi barədə məlumat İŞİD-in Rakka valisinin məktubundan sonra ortaya çıxıb.
Həmin məktubda terrorçuların ağır itkilər verdiyi də bildirilir.