İŞİD ABŞ-ın təhdidlərinə cavab olaraq döyüş görüntülərindən ibarət video yayaraq “Biz buradayıq” cavabını verib.
Axar.az xəbər verir ki, “Flames of War” (Döyüşün Alovları) adlı videoda terror təşkilatı Suriya və İraqda çəkilmiş görüntüləri təqdim edib.
ABŞ filmlərinə bənzədilən görüntülərdə ən son texnologiyadan istifadə edilib.
Sonda terror təşkilatı hücum edəcəkləri təqdirdə Suriya və İraq torpaqlarının Qərb ölkələrinə məzar olacağını bildirib.