Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır.
Elchi.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə atası, AMEA prezidenti İsa Həbibbəyli münasibət bildirərkən deyib.
“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ”Bilmirəm haradadır, xəbərim yoxdur” deyərək, telefonun dəstəyini asıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb.
Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarından bir neçə şəxsin həbs edildiyi deyilir.
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N...





















Son şərhlər