"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İrəvanın Qarabağ təbliğatına zərbə – Lapşin Azərbaycana göndərilir

09 Yanvar 2017 - 09:55
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

İrəvanın Qarabağ təbliğatına zərbə - Lapşin Azərbaycana göndərilir  Düşmənə qarşı informasiya savaşında mühüm presedent; İşğal altındakı ərazilərə qanunsuz səfər edib separatçı rejimi təbliğ edən şəxsi Minsk bu həftə Bakıya təhvil verə bilər; Ermənistanın kontur-tədbirləri fiasko olur; Lapşinin az sonra Azərbaycandan İsrailə ötürülməsi mümkünmü?

XXI əsrdə – internet və yüksək texnologiyalar dövründə təbliğat və əks-təbliğat amili xüsusilə böyük önəm daşıyır, çünki bu, Qarabağla bağlı beynəlxalq birliyin rəyinə təsir etmək gücündədir. Nə yaxşı ki, Azərbaycan bu yöndə istər diplomatiya, istərsə də diaspora səviyyəsində, eləcə də qardaş Türkiyə, digər dost ölkələrlə birgə zəruri addımları atır. 2016 – bu mənada kifayət qədər uğurlu il hesab oluna bilər.

Təkcə iki faktı xatırlatmaq kifayətdir: 

1. Ötən ilin noyabrında təqib edilən erməni ictimai-siyasi fəalların Bakı konfransına qatılması, Xocalı soyqırımı abidəsini ziyarət eləməsi və ardınca münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan Bakı Sülh Platformasını qəbul edərək, onu imzalaması (Hazırda Platformaya qoşulan erməni fəalların sayı 9-a çatıb);
 2. İşğal altındakı ərazilərimizə qanunsuz səfər edib separatçı rejimi təbliğ edən, üçlü vətəndaşlığa (İsrail, Ukrayna, Rusiya) malik blogger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması.
*****
İkinci məsələ ilə bağlı mühüm gəlişmə var. Belə görünür, Lapşinin Azərbaycana ekstradisiyasına bir şey qalmayıb və o, tezliklə, ola bilsin elə bu həftə Bakıya göndəriləcək. Və məsələdə İsrailin diplomatik kanallarla Azərbaycana təzyiqi də görünür, effektli olmayıb. Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun son açıqlaması təsdiq edir: 
   “Bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda saxlanılan Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar hazırda zəruri tədbirlər davam etdirilir”, – deyə Sultanov “Trend”ə deyib.
Image result for Lapşin
Onun sözlərinə görə, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim edilib: “A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğu üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Minsk Məhkəməsinin qərarı ilə Aleksandr Lapşin barədə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin Azərbaycan tərəfə təhvil verilməsi üçün sənədləşmə işləri aparılır”.
Image result for Erevan
Qeyd edək ki, A.Lapşin Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Azərbaycan qanunvericiliyinə görə, onu 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir.
Image result for Qarabağ
*****
Prokurorluğun açıqlamasından az öncə isə İsrailin İzrus portalı Lapşinin həqiqətən Bakıya ekstradisiya oluna biləcəyini yazıb. Bu barədə portal bloggerin Yekatrina adlı rəfiqəsinə istinadən xəbər yayıb.
 
“Aleksandr mənə çatdırdı ki, bir neçə gün öncə o, birbaşa təcridxanada güc strukturları nümayəndələri ilə görüşə çağırılıb və ona bildirilib ki, ekstradisiyası ilə bağlı qərar artıq verilib. Ancaq mövcud situasiyada Azərbaycan, Belarus və İsrail arasında anlaşma var ki, Bakı onu dərhal İsrail nümayəndəsinə təhvil verəcək. Bu zaman heç bir sənəd təqdim edilməyib və söhbət protokola salınmayıb”, – deyə Lapşinin rəfiqəsi iddia edib. 
Lakin onun sözlərinə görə, İsrail konsulluğunda ona A.Lapşinin işi ilə bağlı Bakı və Minsklə heç bir anlaşmanın olmadığını bildiriblər: “Bundan əlavə, nə konsulluq, nə də ələlxüsus İsrail XİN hər hansı üçüncü şəxsə onların adından, o cümlədən də A.Lapşinin işi ilə əlaqədar bəyanat vermək səlahiyyəti vermədiyini bildirib. Hər hansı anlaşma haqda Rusiya konsulluğunda da məlumatsızdırlar”, – Yekatirina əlavə edib.
*****
Göründüyü kimi, İrəvanın ciddi kontur-tədbirlərinə və hay-küyünə rəğmən, Lapşinin Bakıya verilməsi faktiki həll olunmuş məsələdir. Bu ekstradisiya heç şübhəsiz ki, Sülh Platformasının ardınca işğalçı Ermənistanın təbliğat maşınına vurulan ikinci güclü zərbə olacaq. Çünki ilk presedent olacaq ki, işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər eləmiş xarici vətəndaş Azərbaycan məhkəməsi qarşısında duracaq. Bu olaydan sonra çətin ki, kimsə Lapşinin hərəkətlərini təkrarlamağa cürət eləsin. Yəni çəkindirici amil məsələsi.
Ola bilsin, bundan sonra Lapşin üzrxahlıq eləsin və Azərbaycan prezidenti də humanistlik göstərərək və strateji tərəfdaş İsrailin xahişini nəzərə alaraq, onu mühakimə olunmaq üçün yəhudi dövlətinə versin. Ancaq bu halda da presedentin siyasi effekti azalmayacaq. Üstəlik, Lapşin Azərbaycan xalqından üzr istəyəcəksə, bu effekt artacaq ki, azalmayacaq.
Əsas odur ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan dövləti prinsipial mövqedədir və belə qənaət hasil olur ki, hətta İsrail tərəfinin xahiş-minnətləri də bu prinsipiallığı dəyişə bilməyib. Ayrı cür ola da bilməz. Axı, Qarabağ bizim üçün “qırmızı xətdir”.
P. S. Qəzet çapa gedərkən məlum oldu ki, Minsk Şəhər Məhkəməsi A.Lapşin barəsində olan həbs-qətimkan tədbirini dəyişdirməyib. Demək, onun ekstradisiyası hər an reallaşa bilər. 
Previous Post

İrəvanın Qarabağ təbliğatına zərbə – Lapşin Azərbaycana göndərilir

Next Post

Türkiyə 10 il əvvəlki siyasətinə qayıdır – strateji dönüş

Bənzər yazılar

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın...

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) tərkibindəki birləşmələrin buraxılması və onların on ildən artıq müddət ərzində nəzarət etdikləri ərazilərdə yaratdıqları özünüidarəetmə sisteminin...

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53

Moldovanın Baş naziri Vasile Tofan dizel və qaz bazarları da daxil olmaqla, enerji sektorundakı vəziyyəti nəzərdən keçirmək üçün iyulun 28-də...

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24

Albaniya parlamenti hərbi satınalmaların maliyyələşdirilməsi üçün ABŞ-dan 302 milyon dollar məbləğində kredit alınmasını təsdiqləyib. Elchi.az məlumata görə, bu barədə Bloomberg...

Next Post

Türkiyə 10 il əvvəlki siyasətinə qayıdır - strateji dönüş

Türkiyə 10 il əvvəlki siyasətinə qayıdır - strateji dönüş

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.